Yaponiyada həyat iflic oldu


Dünya 16 Avq 2019 16:54:00 216 0

Yaponiyada həyat iflic oldu

Yaponiyada azı 49 nəfər "Krosa" tayfunu nəticəsində xəsarət alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmçinin, Hiroşima prefekturasında 82 yaşlı yerli sakinin öldüyü bildirilib. Ahıl güclü külək səbəbindən dənizə düşüb. Hakim dairələr 15 prefekturanın sakinlərinin təxliyyə olunmasına dair tapşırıq verib. Qatarların hərəkəti dayandırılıb. Yaponiyanın aviaşirkətləri isə 400-dən çox reysi təxirə salıb.

Daha əvvəl Yaponiyanın hakim dairələri 580 min əhaliyə tayfun haqda xəbərdarlıq etmişdi.