Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)


Digərləri 16 Avq 2019 16:36:00 204 0

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)

Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib. Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin