DSX əməkdaşlarına yüksək rütbələr verildi SƏRƏNCAM


Siyasət 16 Avq 2019 16:11:00 234 0

DSX əməkdaşlarına yüksək rütbələr verildi  SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

"general-mayor" hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

"kontr-admiral" hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə.