Dünyanın ən zəngin insanları 1 gündə


Digərləri 16 Avq 2019 16:14:00 205 0

Dünyanın ən zəngin insanları 1 gündə

Dünyanın ən zəngin doqquz biznesmeni avqustun 14-də ümumilikdə 18 milyard dollara yaxın pul itirib. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Amerika Fond Birjasında indekslərin kəskin düşməsi ilə əlaqəlidir. Məsələn, Dow Jones bu günlərdə 2019-cu ildə ən maksimal enməni nümayiş etdirib.

"Forbes" siyahısının lideri Ceff Bezos 3,5 milyard dollar, "Facebook"un rəhbəri Mark Zukerberq 3,2 milyard dollar, "LVMH"in baş direktoru Bernar Arno 3 milyard dollar itirib. Aksiyaların enməsi TOP 10-luğa daxil olan varlılardan yalnız birinin - Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberqin varidatına heç bir təsir göstərməyib.

(adsgarden = window.adsgarden || []).push({});