Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib


Kriminal 16 Avq 2019 16:19:00 197 0

Goranboyda 3 tona yaxın çətənə kolu məhv edilib

Goranboy rayonunun Topdan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.