Koentrao karyerasını İtaliyada davam etdirə bilər


İdman 16 Avq 2019 15:21:00 283 0

Koentrao karyerasını İtaliyada davam etdirə bilər

Real-ın sabiq müdafiəçisi Fabio Koentrao karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, Parma portuqaliyalı oyunçunun xidmətində maraqlıdır.

Rio Ave-dən ayrıldıqdan sonra azad agent statusu daşıyan 31 yaşlı cinah oyunçusunu A seriya təmsilçisi "transfer pəncərəsi" bağlanana qədər heyətinə qatmaq niyyətindədir. Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin Parma-nın kapitanı olması Koentraonun qərarına müsbət təsir edə bilər.

Qeyd edək ki, Fabio Koentrao karyerası ərzində Portuqaliya, İspaniya və Fransada çıxış edib.