Canavar turistlərin çadırına cumdu


Dünya 16 Avq 2019 15:34:00 456 0

Canavar turistlərin çadırına cumdu

Kanadanın Banf milli parkında canavar yatmış turistlərin çadırına hücum edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, çadırda kişi, qadın və onların 2 oğlu olub. Canavarla əlbəyaxa çıxan ata qonşuluqdakı turistlərin köməyi ilə ailəsini xilas edə bilib. Ailə başçısı yüngül xəsarətlərlə xilas olub.

Canavar isə "Kanada parkları" agentliyinin əməkdaşları tərəfindən öldürülüb.