Liverpool-un ikinci qapıçısı da sıradan çıxdı - azarkeş zədələdi


İdman 16 Avq 2019 15:00:00 232 0

Liverpool-un ikinci qapıçısı da sıradan çıxdı - azarkeş zədələdi

Liverpool-un digər qapıçısı Adrian sıradan çıxıb.

Goal.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, o, UEFA Superkubokunun Chelsea ilə final görüşündən sonra qələbəni qeyd edərkən, azarkeşlərdən biri sürüşərək Adriana xəsarət yetirib. Bu barədə baş məşqçi yurgen Klopp məlumat verib. Nəticədə qolkiperin topuğu şişib və onun Premyer Liqanın II turunda Southampton-la qarşılaşmada iştirakı sual altına düşüb.

Əsas qapıçı Alisson Bekker də 2 aylıq sıradan çıxmışdı.

Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan Superkubok matçında Liverpool Chelsea-ni penaltilər seriyasında məğlub edərək dördüncü dəfə superkuboku qazanıb.