Rusiya Kuril adalarını Yaponiyaya verməyin


Dünya 16 Avq 2019 15:19:00 241 0

Rusiya Kuril adalarını Yaponiyaya verməyin

Rusiya Xarici işlər naziri Sergey Lavrov Kuril adalarının Yaponiyaya verilməsinin şərtlərini açıqlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, rusiyalı nazirin fikrincə, Moskva Kuril adalarını Yaponiyaya bir şərtlə verə bilər: "Yaponiya İkinci dünya müharibəsinin nəticələrini tanıyıb,  sülh müqaviləsi imzalayarsa, o zaman  Kurilin iki adası Yaponiyaya verə bilər".

Lavrov xatırladıb ki, Rusiya SSRİ-nin hüquqi varisi olduğundan  1956-cı il Bəyannaməsini tanıyır və iki Kuril adası ancaq Yaponiya ilə sülh müqaviləsi imzalandıqdan sonra verilə bilər: "Hələlik bizim  yaponiyalı həmkarlarımız  İkinci dünya müharibəsinin nəticələrini tanımaq istəmir və bu da sülh müqaviləsinin imzalanmasına  mane olur. Fikirləşirəm ki, vəziyyət elə də dalana dirənməyib". İkinci dünya müharibəsinin nəticələri Tokio tərəfindən tanınmadığından 70 ildən artıqdır ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmır. 1956-cı il Bəyannaməsinin şərtlərinə görə, Yaponiya müharibənin nəticələrini tanıyıb, sülh müqaviləsi imzalayacağı təqdirdə ancaq 4 Kuril adasından ikisi Şikotan və Xabomai adaları Yaponiyaya qaytarılır. İturup və Kunaşir Rusiyanın tərkibində qalır. Yaponiya isə həmin Bəyannamənin şərtlərini qəbul etməyərək, 4 adaya iddia edir.