Bayern Munich daha bir futbolçunu transfer etməyə hazırlaşır


İdman 16 Avq 2019 14:37:00 219 0

Bayern Munich daha bir futbolçunu transfer etməyə hazırlaşır

Leipzig-in hücumçusu Timo Verner uğrunda mübarizə qızışır. 

Goal.az xəbər verir ki, 23 yaşlı forvard indi də Bayern Munich-in diqqət mərkəzinə düşüb.  Münhen təmsilçisi Almaniya millisinin üzvü üçün çox pul xərcləmək niyyətində deyil. Bundesliqa çempionu Verneri 25 milyon avroya almağı planlaşdırır. Lakin Leipzig forvardını 40 milyondan ucuz qiymətə satmayacağını bəyan edib.

Qeyd edək ki, Timo Vernerin Leipzig-lə müqavilə müddəti gələn ilin yayına qədərdir.