Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı


Dünya 16 Avq 2019 14:19:00 191 0

Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq.

Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.