Azərbaycanda boşanmaların sayı artıb


Digərləri 16 Avq 2019 14:04:00 194 0

Azərbaycanda boşanmaların sayı artıb

Bu ilin 6 ayında Azərbaycanda 29391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.