Bu il Azərbaycanda ÜDM 44 milyard manatı ötüb


Digərləri 16 Avq 2019 13:34:00 217 0

Bu il Azərbaycanda ÜDM 44 milyard manatı ötüb

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artıb, tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.