Abşeronda minik maşını yük maşınına çırpıldı


Digərləri 16 Avq 2019 13:11:00 217 0

Abşeronda minik maşını yük maşınına çırpıldı

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi "Hyundai" markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi "Tatra" markalı (yük) avtomobilə vurub və zərbədən "Hyundai" markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.

Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.