Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənib


Digərləri 16 Avq 2019 12:32:00 209 0

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənib

Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər

Bakı. Sara İsrafilbəyova - Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər. Trend-in məlumatına görə, bu barədə “Henley & Partners” şirkətinin yenilənmiş Pasportlar indekasində deyilir. İndeksdə Azərbaycan bu göstəriciyə görə, 78-ci yerdə qərarlaşıb. Birinci yerdə Yaponiya və Sinqapur durur. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilər. Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı: Ölkə adı 1. Albaniya 2. Antiqua və Barbuda 3. Baham adaları 4. Banqladeş 5. Barbados 6. Belarus 7. Boliviya 8. Bosniya və Herseqovina 9. Dominika 10. Ekvador 11. Gürcüstan 12. Haiti 13. İndoneziya 14. İordaniya 15. İran 16. Kabo Verde 17. Kamboca 18. Kolumbiya 19. Komor adaları 20. Kuk adaları 21. Qazaxıstan 22. Qətər 23. Qırğızıstan 24. Qvineya Bisau 25. Laos 26. Livan 27. Madaqaskar 28. Makao 29 Malavi 30. Malayziya 31. Maldiv adaları 32. Marşall adaları 33. Mavriki 34. Mavritaniya 35. Mikroneziya 36. Moldova 37. Mozambik 38. Monteneqro 39. Namibiya 40. Nepal 41. Nikaraqua 42. Niue 43. Özbəkistan 44. Palau 45. Pakistan 46. Ruanda 47. Rusiya 48. Samoa 49. Sent Vinsent və Qrenadin 50. Serbiya 51. Seyşel adaları 52. Somali 53. Suriya 54. Şərqi Timor 55. Şimali Makedoniya 56. Şri Lanka 57. Tacikistan 58. Toqo 59. Tuvalu 60. Türkiyə 61. Ukrayna 62. Uqanda 63. Vanuatu 64. Yamayka 65. Zimbabve Qeyd edək ki, Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi 66-cı ölkə Ermənistandır. Bu məsələni Trend-ə şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, siyahı tərtib olunarkən, böyük ehtimalla iki ölkə arasında diplomatik əlaqələrin olmaması faktı nəzərə alınmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin