Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı


Digərləri 16 Avq 2019 12:39:00 225 0

Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq preziden Almazbek Atambayev həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb

Bakı. Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Trend-in məlumatına görə, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq. Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi. Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.