İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı


Digərləri 16 Avq 2019 11:46:36 205 0

İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb.

Bakı. Rufiz Hafizoğlu - İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb. Trend-in məlumatına görə, cəsədi sahildə balıq tutan balıqçılar aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat veriblər. Məlumata əsasən, R.Nəcəfovun cəsədi İzmir morquna aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.