Prokurorluq: Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil


Digərləri 16 Avq 2019 11:38:20 237 0

Prokurorluq: Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil

Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.