Neftçi-nin Avropa Liqasında qazancı nə oldu?


İdman 16 Avq 2019 10:52:00 47 0

Neftçi-nin Avropa Liqasında qazancı nə oldu?

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında Bnei Yehuda-ya İsraildə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran Neftçi çıxışını 780 min avro (təxminən, 1,5 milyon manat) qazancla başa vurub.

Goal.az-ın məlumatına görə, paytaxt təmsilçisi I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 240 min avro, 260 min avro və 280 min avro alacaq.

Neftçi-dən öncə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən SəbailQəbələ də mübarizəni dayandırıb. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməyən Qarabağ avrokubokdakı yoluna Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi pley-offda Şimali İrlandiyanın Linfield kollektivi ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.

ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.

1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək. (report)

Yay mövsümünün “timsah göz yaşları” (FOTO) like
  • 16 Avq 10:51  
Digərləri Yay mövsümünün “timsah göz yaşları” (FOTO)

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir.

arrow Ətraflı
Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır like
  • 16 Avq 10:49  
İdman Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır

Qarabağ-ın futbolçusu Abdullah Zubir klubu tərk edə

arrow Ətraflı
Bakıda qəza: porspektdə tıxac yarandı (FOTO) like
  • 16 Avq 10:47  
Digərləri Bakıda qəza: porspektdə tıxac yarandı (FOTO)

Bakının Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Abşeron çimərliklərində cənub küləyi əsəcək  FAKTİKİ HAVA like
  • 16 Avq 10:47  
Digərləri Abşeron çimərliklərində cənub küləyi əsəcək FAKTİKİ HAVA

Ölkə ərazisində bu gün gözlənilən hava şəraiti ilə bağlı məlumat a

arrow Ətraflı
Cəbhədə vəziyyət gərgin olaraq qalır like
  • 16 Avq 10:44  
Digərləri Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Qubada özünü asan təqaüdçünün intihar səbəbi oğlu imiş - RƏSMİ like
  • 16 Avq 10:35  
Digərləri Qubada özünü asan təqaüdçünün intihar səbəbi oğlu imiş - RƏSMİ

Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov

arrow Ətraflı
Yay mövsümünün "timsah göz yaşları" like
  • 16 Avq 10:30  
Digərləri Yay mövsümünün "timsah göz yaşları"

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir. Lak

arrow Ətraflı
Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək like
  • 16 Avq 10:29  
Digərləri Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər like
  • 16 Avq 10:27  
Kriminal Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

Azərbaycandan olan mühacir qadın Almaniyada qaçqınlar üçün sığınacaqd

arrow Ətraflı
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib like
  • 16 Avq 10:24  
Kriminal Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib

"Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan s

arrow Ətraflı
"Səni bu vəziyyətdə gözləyən sevgilin var" yazıb bikinili şəklini yaydı like
  • 16 Avq 10:22  
Digərləri "Səni bu vəziyyətdə gözləyən sevgilin var" yazıb bikinili şəklini yaydı

Türkiyənin qalmaqallı müğənnisi Ebru Polat sosial şəbəkə paylaşımı

arrow Ətraflı