“Qafqazinfo”nun 9 yaşı tamam olur


Digərləri 16 Avq 2019 11:00:00 257 0

“Qafqazinfo”nun 9 yaşı tamam olur

Bu gün operativliyi ilə seçilən "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur.

Bakı. Bu gün operativliyi ilə seçilən "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur. Qafqazinfo” 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Trend İnformasiya Agentliyi də çoxsaylı kollektivi adından həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 9 illiyi münasibətilə təbrik edir, “Qafqazinfo”ya həmişə media məkanında parlamağı arzulayır!