Abşeron çimərliklərində cənub küləyi əsəcək FAKTİKİ HAVA


Digərləri 16 Avq 2019 10:47:00 226 0

Abşeron çimərliklərində cənub küləyi əsəcək  FAKTİKİ HAVA

Ölkə ərazisində bu gün gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 30-35, Bakıda 31-33 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.