“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək – SƏBƏB? (FOTO)


Digərləri 16 Avq 2019 09:36:00 196 0

“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək – SƏBƏB? (FOTO)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib. Trend-in məlumatına görə, monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub. Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.