Azərbaycanda sabiq məmur vəfat etdi


Digərləri 16 Avq 2019 09:24:00 221 0

Azərbaycanda sabiq məmur vəfat etdi

Bakı şəhər icra hakimiyyəti başçısının sabiq müavini Xalid Muxtarlı vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Xalid Xancan oğlu Muxtarlı vaxtı ilə Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb. Bundan başqa o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsini də icra edib.