Suriyada ölkənin ərazisinə raket zərbəsi endirildiyi bildirilib


Dünya 16 Avq 2019 09:05:00 214 0

Suriyada ölkənin ərazisinə raket zərbəsi endirildiyi bildirilib

Suriyanın hava hücumundan müdafiə sistemləri Həma vilayətindəki Masyaf şəhərinə raket hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə Suriyanın dövlət kanalı "Syria TV" bildirib.

Məlumata əsasən, raket şəhərin üstündən keçdiyi zaman məhv edilib.

Bildirilir ki, "düşmən raketi yerli vaxtla saat 23:06-da Livanın hava məkanından Masyaf şəhəri istiqamətinə buraxılıb.