Çində torpaq sürüşməsi nəticəsində 17 nəfər itkin düşüb


Dünya 16 Avq 2019 09:10:00 213 0

Çində torpaq sürüşməsi nəticəsində 17 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində ən az 17 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 12:44-də Lianshan-İy Muxtar Vilayətinin Qanlo qəzasında baş verib.

Bildirilir ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çenqdu və Kunminq şəhərləri arasındakı dəmir yolunun bir hissəsinə çökdü.

Dağıntılar altında onlarla texniki personalın əməkdaşı qalıb. İndiyə qədər 11 nəfər xilas olunub.