Ağrını hiss edən və özünü bərpa edən robot "əl" hazırlanıb


Digərləri 16 Avq 2019 08:59:00 280 0

Ağrını hiss edən və özünü bərpa edən robot "əl" hazırlanıb

Alimlər "Self Healing Soft Robotics" (SHERO) layihəsi çərçivəsində 3 milyon avro məbləğində robot "əl" hazırlayıblar.

Son.az ICTnews-a istinadən xəbər verir ki, Sözügedən robot "əl" ağrını hiss edə, zədələri müəyyənləşdirə bilər, həmçinin özünü bərpa etmək qabiliyyətinə malikdir.

Bu ideya Kembric Universitetinin komandası tərəfindən düşünülüb və reallaşdırılıb. Alimlər tərəfindən işlənib hazırlanmış robot "əl" zədələri aşkar etmək və özünü bərpa etmək qabiliyyəti sayəsində minlərlə dollara qənaət edə bilər. Bu funksiya sənaye istehsalında işsizlik müddətini azaldacaq, hətta aradan qaldıracaq.

Layihənin elmi işçisi doktor Tomas Corc Turutelin yeni hazırlamaya böyük ümidlər bəsləyir. O, bu qurğunun modul və təkamül robot texnikasında faydalı ola biləcəyini hesab edir.

(adsgarden = window.adsgarden || []).push({});