Cinayətkar idmançı ələ keçdi Xüsusi əməliyyatdan VİDEO


Digərləri 16 Avq 2019 08:07:00 232 0

Cinayətkar idmançı ələ keçdi  Xüsusi əməliyyatdan VİDEO

Rusiyanın Moskva şəhərində bodibilder Denis Filippov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anın görüntülərini "REN TV" telekanalı əldə edib.

İdmançı qadağan olunmuş güclü təsirə malik preparatların ölkəyə gətirilməsində şübhəli bilinir. Əldə olunan məlumata görə, keçirilən xüsusi əməliyyat zamanı 29 yaşlı bodibilder alıcı qismində çıxış edən polisə sintetik steroid hormonu satıb. D. Filippovun plastik kartına 18 min 200 rubl köçürüldükdən sonra o, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Filippov 10 il bodibildinq və pauerliftinqlə peşəkar səviyyədə məşğul olub. İdmançı müxtəlif yarışlarda dəfələrlə yüksək nəticələr əldə edib.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto