Meksikada həbsxanada baş verən yanğında üç nəfər ölüb


Digərləri 16 Avq 2019 00:53:56 187 0

Meksikada həbsxanada baş verən yanğında üç nəfər ölüb

Meksikanın paytaxtında İstapalapa bölgəsindəki həbsxanada baş verən yanğın nəticəsində üç nəfər ölüb və yeddi nəfər dəm qazından zəhərlənib

Bakı. Meksikanın paytaxtında İstapalapa bölgəsindəki həbsxanada baş verən yanğın nəticəsində üç nəfər ölüb və yeddi nəfər dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, bu barədə "Foro TV" telekanalı bildirib. Məlumata əsasən, yanğın səhər saatlarında baş verib, nəticədə həbsxana kameralarından biri yanıb.