Azərbaycan nefti bahalaşıb
Digərləri 15 Avq 2019 23:30:00 264 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 61,81 dollar/barel təşkil edib
Bakı.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 61,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,75 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.
Mənbə: az.trend.az