Onurğanızı çökdürən 5 vərdiş –


Digərləri 15 Avq 2019 22:05:00 196 0

Onurğanızı çökdürən 5 vərdiş –

Onurğa orqanizmin, bədənin şah sütunudur. Onu asanlıqla qırmaq, zədələmək olmur. Amma həyatımız boyu gündəlik vərdişlərimiz fikir vermədiyimiz halda onurğamızı sıradan çıxarır. Bunlardan biri məsələn oturaq iş, maşın və kompüter asılılığıdır.

Onurğa və ətrafının ağrıları məhz 70% hallarda neqativ vərdişlərdən qaynaqlanır. Son.az medicina.az-a istinadən 10 il ərzində onurğanı çökdürən 5 səbəbi təqdim edir:

1.İş yerində fasilə verməmək, oturmaq, hərəkətsizlik

Mütəxəssislər bildirir ki, gənc yaşda onurğa problemlərinin başlanması məhz müasir iş şəraiti, şəhər həyatı ilə bağlıdır. Komputer arxasında iş 40 yaşından sonra insanın bel və boyun ağrılarına səbəb olur. Həyat keyfiyyətini aşağı salır, psixika və sinir sistemini pozur. Oturaq iş fəqərələrarası diskləri sıxır, ostexondroz yaradır, insanda xroniki gərginlik yaradır.

Oturaq işdə çalışanlar hər 1 saatdan bir gəzişməyi, bir kənarda onurğa dartınmaları etməyi hər gün həyata keçirməlidir. Xüsusi məşqlər, hərəkətlərlə onurğanı bir pozadan çıxarmalıdırlar.  

Əgər insan onurğa və belində kiçik diskomfort və ağrını ilk başdan görməzdən gəlməsə, onurğanın gələcək degenerasiyasının, yırtıq və iltihabının qarşısını alar. 1 saatdan bir yerindən qalxıb, gəzişmək, ayaq, qolları hərəkət edirmək, oturmaq, qalxmaq faydalıdır.

2.Hündürdaban və narahat ayaqqabı

Daha çox qadınların onurğasını çökdürən bu səbəb şpor, barmaqda şişlər, sümük çıxması, gizli çat, sinirlərin sıxılması, ayaqlarda ağrı, keyimə, onurğanın əyilməsinə səbəb olur. Yadda saxlayın ki, hündürdabanda gündə 2 saatdan artıq gəzmək olmaz.

Bu, onurğa beyində təzyiq yaradır, təbii qaməti pozur, onurğa maye dövranını ləngidir. Qadın yaşlandıqca, artıq 40 yaşından bel, onurğa ağrıları başlayır.

Ona görə günün əsas saatlarını idman üslubunda və dabanı kiçik ayaqqabı seçin. Qeyd edək ki, çox  hamar, dabansız və baletka deyilən ayaqqabılar da onurğa üçün ideal deyil. Ən yaxşısı 3 sm-lik hündülükdə ayaqqabı, krossovkalardır. Ayaqqabını heç vaxt yalın ayağa geyinməyin, mütləq corab olmalıdır.

3.Yuxusuzluq, sutkalıq ritmin pozulması

(adsgarden = window.adsgarden || []).push({});