Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər


Digərləri 15 Avq 2019 21:35:00 225 0

Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər

Şorbanın tərkibi vitaminlərlə zəngin olmaqla yanaşı, həm də həzm sistemini sürətləndirmək və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Hazırlamaq üçün aşağıdakılar lazımdır: * 1 xörək qaşığı zeytun yağı * 1 dəstə ispanaq yarpaqları * 1 diş sarımsaq * 1 ədəd ortaboy soğan * 1 ortaboy yerkökü * 200 qram yaşıl noxud * 2-3 pomidor * cəfəri (zövqə görə) * makaron və ya vermeşil * toyuq bulyonu. Toyuq bulyonunu hazırlamaq üçün 200 qram yağsız toyuq əti zəif odda 2 saat qaynadılır. Bu müddət ərzində ispanaq, yerkökü, soğan, tavada zeytun yağında yüngül pörtlədilir, amma qızardılmır. Sonra sarımsaq əlavə edilir, 5 dəqiqə sonra tavadakılara yaşıl noxud əlavə edilib qarışdırılır. 15 dəqiqə sonra şorba odun üstündən götürülür. Son.az

(adsgarden = window.adsgarden || []).push({});