Namazı yarımçıq kəsmək günahdırmı?


Digərləri 15 Avq 2019 21:40:00 242 0

Namazı yarımçıq kəsmək günahdırmı?

Namaz qılan zaman nə isə baş versə, namazı yarımçıq kəsmək olarmı? Bu, günah sayılmaz ki?

Namazı səbəbsiz yerə və ya qeyri-ciddi səbəbdən yarımçıq kəsmək olmaz. Çünki namaz insanın Allahla söhbəti kimidir. Bu söhbəti yarımçıq kəsmək Allaha ehtiramsızlıq sayılar. Amma bəzi istisna hallarda namazı kəsmək olar. Məsələn, namaz zamanı insan dəstəmazın pozulduğunu hiss etsə, məsələn, bağırsaqdan yel çıxsa, qadın heyz halına düşsə, sidik çıxdığı hiss olunsa, bu hallarda namazı dərhal kəsmək lazımdır. Əgər paklığı bərpa etmək mümkündürsə, paklıq işləri görülür (qüsl ya dəstəmaz alınır) və namaz yenidən qılınır.

Son.az islam.az-a istinadən bildirir ki, həmçinin, əgər insanın özünə və ya ətrafdakı bir adama ciddi təhlükə yaransa, bu halda da namazı kəsmək olar. Məsələn, insan namaz qıldığı vaxt güclü zəlzələ baş verir və dağıntılar yaranır. Və ya evdə uşaq yanan qaz sobası ilə oynamağa başlayır. Bu hallarda namazı yarımçıq kəsib narahatçılığı aradan qaldırmaq lazımdır. Sonra isə namaz ya qaldığı yerdən davam etdirilir, ya da başdan qılınır. Bir daha təkrar edirik ki, bunu ancaq zəruri hallarda etməyə icazə verilir.

(adsgarden = window.adsgarden || []).push({});