İsrail Demokrat Konqres üzvlərinin ölkəyə girişinə icazə vermədi


Dünya 15 Avq 2019 21:03:00 244 0

İsrail Demokrat Konqres üzvlərinin ölkəyə girişinə icazə vermədi

İsrail ABŞ Konqresində onun ən sərt tənqidçilərinin ölkəyə gəlişinə icazə verməyəcək. Bu haqda qərarı İsrail xarici işlər nazirinin müavini açıqlayıb.

"Qərar verilib - qərar onları ölkəyə buraxmamaqdır," deyə Tzipi Hotoveli ABŞ Konqresinin üzvləri İlhan Ömər (D-Minnesota) və Rəşidə Tlaybın (D-Miçiqan) İsrailə səfərinə qoyulan qadağanı şərh edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp öncə İsraili Konqresə seçilmiş ilk müsəlman qadınlar Tlayb və Öməri ölkəyə buraxmamağa çağırmışdı.

Fələstinpərəst "BDS" Boykot, Divestisiya və Sanksiyalar hərəkatının dəstəkçilkəri kimi tanınan qadın Konqres üzvləri İsrailin sərt tənqidçiləri kimi tanınır.

İsrail qanunlarına görə, həmin hərəkatın tərəfdarlarına İsrailə giriş qadağan edilə bilər.

Bundan öncə İsrail baş naziri iki Demokrat Konqres üzvünün gələn həftə ölkəyə gəlişinə icazə verilməsi ilə bağlı yüksək rütbəli nazirlər və müşavirləri ilə məsləhətləşmələr aparmışdı.