Londonda Kəşmirə dəstək nümayişi keçirilib


Dünya 15 Avq 2019 21:06:00 205 0

Londonda Kəşmirə dəstək nümayişi keçirilib

Əllərində Pakistan və Kəşmir bayraqlarını dalğalandıran minlərlə insan Himalayın mübahisəli Kəşmir bölgəsinə dəstək məqsədilə cümə axşamı Londonda Hindistan Ali Komissiyası qarşısına toplaşıb.

Hindistanın Kəşmir bölgəsinin xüsusi statusunu ləğv etməsi qərarı, rabitə və elektrikin kəsilməsi, hərəkətin məhdudlaşdırılmasına qəzəblənən Pakistan buna cavab olaraq, ticarət və nəqliyyat əlaqələrinin dayandırıb və Hindistanın böyük elçisini ölkədən çıxarıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Londonda etirazçılar "Kəşmir yanır", "Azad Kəşmir" və "Modi, müharibə deyil, çay hazırla!" kimi plakatlar qaldırdırıb.

Polis nümayişinə qarşı olan əks-etirazçıları nəzarətdə saxlayıb.

Hindistanın baş naziri Narendra Modi cümə axşamı Müstəqillik Günü ilə bağlı çıxışı zamanı vəzifəsinin ikinci dönəmində atdığı cəsarətli addımlardan biri olan Kəşmirin xüsusi statusunun ləğvi məsələsinə də toxunub.