Cəbəllütariqdə həbs edilmiş İran tankeri buraxılacaq


Dünya 15 Avq 2019 20:06:00 185 0

Cəbəllütariqdə həbs edilmiş İran tankeri buraxılacaq

Cəbbəlütariqdə saxlanmış İran tankeri ABŞ rəsmilərinin son istəyinə baxmayaraq buraxılacaq, məhkəmə qərar verib.

Cəbəllütariq hakimiyyəti Suriyaya yollandığına görə iyul ayında həbs olunmuş Grace1 İran tankerinə qarşı ittihamlara xitam verib.

Cəbəllütariq tərəfindən ittihamlar ləğv olunduqdan sonra Grace1 tankerinin həbsdən azad olunacağı gözlənilirdi.

Lakin bundan sonra məlum olub ki, ABŞ Ədliyyə Nazirliyi tankerin həbs müddətinin uzadılması barədə Cəbəllütariq tərəfinə sorğu göndərib.

ABŞ-ın sorğusuna Cəbəllütariqin Baş prokuroru baxıb.

Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın istəyi ilə bağlı şərh verməyib.

Grace 1 neft tankeri iyulun 4-də Britaniyanın xarici ərazisi olan Cəbəllütariq liman xidmətləri və Britaniya hərbi dəniz qüvvələri tərəfindən həbs olunmuşdu.