Bakıda Şirvan sakininin çantasından silahsursat çıxdı


Kriminal 15 Avq 2019 19:17:00 217 0

Bakıda Şirvan sakininin çantasından silahsursat çıxdı

Xətai rayonu ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd "AKM" markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.