Mənzildə kişi meyiti tapıldı


Digərləri 15 Avq 2019 19:09:00 190 0

Mənzildə kişi meyiti tapıldı

Bakıda mənzildə 86 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Məmmədov Tofiq Qubal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.