Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə ələ keçdi


Kriminal 15 Avq 2019 18:57:00 244 0

Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə ələ keçdi

Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Behbudov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevral-iyul ayları ərzində Rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus quyudan, 2 avtomobildən və 1 evdən elektrik naqili, pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Samux rayon sakini A.Behbudov saxlanılıb.