“Game of Thrones” aktrisasının körpəsi əlindən alınıb


Digərləri 15 Avq 2019 18:39:00 199 0

“Game of Thrones” aktrisasının körpəsi əlindən alınıb

"Game of Thrones"da Marei rolunu canlandıran aktrisa Josephine Gillan 8 aylıq qızının əlindən alındığını iddia edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, doğuşdan sonra depressiyaya düşdüyünü, bu səbəbdən müalicə götürdüyünü bildirib.

Gillan körpəsini yaxın dostuna həvalə etdiyini qeyd edib. Aktrisa bildirib ki, gecəyarısı sosial xidmətlər mərkəzinin rəsmi nümayəndələri gələrək uşağı aparıb və hazırda ona heç bir məlumat verilmir:

"Polislə birlikdə uşağımı oğurlayıb başqa bir ailəyə veriblər. Qızımı görməyə, onunla əlaqə saxlamağa icazəm yoxdur. Harada olduğunu belə bilmirəm. Nə mən, nə də uşağıma baxan dostum səhv bir şey etməmişik".

(adsgarden = window.adsgarden || []).push({});