“2 dəfədir narkotikə görə məhbus həyatı yaşayıram”


Kriminal 15 Avq 2019 18:09:00 45 0

“2 dəfədir narkotikə görə məhbus həyatı yaşayıram”

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul digər dəstə, X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Onların yaşadıqları evlərə keçirilən baxış zamanı,  Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Ceyhun Əhmədov - saxlanılan şəxs: "Qonşumuz Sadiqdən 200 manat dəyərində narkotik vasitə almışam. Ayın 10-da yaxalandım. Əməlimdən peşimanam, bir də etmərəm". Sadiq Talıbov - saxlanılan şəxs: "İki dəfə ki, narkotikə görə məhbus həyatı yaşamışam. Ceyhun da narkotik vasitəni məndən aldığını deyib". Xalid Əmirəliyev - saxlanılan şəxs: "Baxış zamanı evdən qram yarım kakos, 3 ədəd də çətənə ağacları çıxdı. Söz verirəm ki, bir də etmərəm". Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar

Trampla Zelenskinin görüş VAXTI məlum olub like
  • 15 Avq 18:01  
Digərləri Trampla Zelenskinin görüş VAXTI məlum olub

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında g

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb like
  • 15 Avq 17:59  
Kriminal Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı
Türkiyədə hərbi hissəyə hücum like
  • 15 Avq 17:54  
Dünya Türkiyədə hərbi hissəyə hücum

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum

arrow Ətraflı
Mənzildə kişi meyiti tapılıb like
  • 15 Avq 17:52  
Digərləri Mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildə 86 yaşlı kişinin meyiti tapılıb.

arrow Ətraflı
Mağaza sahibini kürəyindən bıçaqladı like
  • 15 Avq 17:49  
Kriminal Mağaza sahibini kürəyindən bıçaqladı

Zərdab rayonunda mağaza sahibini bıçaqlamaqda təqsirləndirilən Elçin Qə

arrow Ətraflı
Cenniferin sevgilisini soydular like
  • 15 Avq 17:44  
Digərləri Cenniferin sevgilisini soydular

Dünya şöhrəti ifaçı Cennifer Lopezin sevgilisi Aleks Rodrigez qarət edili

arrow Ətraflı
UEFA mövsümün ən yaxşı kişi futbolçusu adına namizədləri açıqladı like
  • 15 Avq 17:43  
Digərləri UEFA mövsümün ən yaxşı kişi futbolçusu adına namizədləri açıqladı

UEFA 2018/2019 mövsümünün ən yaxşı kişi futbolçusu adına namizədləri

arrow Ətraflı
Bu bankın rəhbəri vəzifədən getdi like
  • 15 Avq 17:39  
Digərləri Bu bankın rəhbəri vəzifədən getdi

"Premium Bank"ın İdarə Heyəti sədri vəzifəsindən azad edilib.

arrow Ətraflı
Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs like
  • 15 Avq 17:34  
Dünya Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs

ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə

arrow Ətraflı
Yol polisi Bakıda avtomobil qarajına baxış keçirdi like
  • 15 Avq 17:29  
Digərləri Yol polisi Bakıda avtomobil qarajına baxış keçirdi

Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdar

arrow Ətraflı
Qusarda hoteldən oğurluq etdi, tutuldu like
  • 15 Avq 17:24  
Kriminal Qusarda hoteldən oğurluq etdi, tutuldu

Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə

arrow Ətraflı
XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır like
  • 15 Avq 17:23  
Digərləri XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter d

arrow Ətraflı
Bakıda maşın aşdı like
  • 15 Avq 17:19  
Digərləri Bakıda maşın aşdı

Bakının Nərimanov rayonunda yüksək sürət qəzaya səbəb olub.

arrow Ətraflı
Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb like
  • 15 Avq 17:18  
Digərləri Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı