Qusarda hoteldən oğurluq etdi, tutuldu


Kriminal 15 Avq 2019 17:24:00 216 0

Qusarda hoteldən oğurluq etdi, tutuldu

Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılmışdır.