Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb


Digərləri 15 Avq 2019 17:18:46 212 0

Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 14-də saat 20 radələrində Ağstafa rayonunun Göycəli kəndi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.