Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların nəzərinə


Digərləri 15 Avq 2019 17:04:00 219 0

Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların nəzərinə

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar 2019-cu il avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.