Təyyarə yandı


Dünya 15 Avq 2019 17:09:00 180 0

Təyyarə yandı

İrlandiyanın Şennon hava limanında "Omni Air International" aviaşirkətinə məxsus "Boeing 767" təyyarəsində yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib.

Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Təyyarənin uçuş-eniş zolağından çıxarılması ilə əlaqədar hava limanının işi dayandırılıb.