Kök müğənni “Calvin Klein”in siması oldu


Digərləri 15 Avq 2019 16:54:00 191 0

Kök müğənni “Calvin Klein”in siması oldu

Amerikalı müğənni Bet Ditto "Calvin Klein" brendinin reklam kampaniyasının siması oldu.

Son.az aznews.az-a istinadən bildirir ki, 38 yaşlı Ditto markanın payız-qış kolleksiyasındakı "Seksuallıq nə deməkdir?" şüarı altında çıxan alt paltarı xəttini təqdim edib.

Şəbəkədə peyda olan şəkillərdən birində müğənni qara krujevalı büstqalterdə divanda uzanaraq, digərində isə ağ - qara büstqalterdə əlləri ilə başını tutaraq poz verib.

Fotoların müəllifi tanınmış feşn-fotoqraf Deniel Cekson olub.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto