Yol polisindən kobud qayda pozuntusu:


Digərləri 15 Avq 2019 16:49:00 204 0

Yol polisindən kobud qayda pozuntusu:

Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə 99-YP-943 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin magistralda aşağı sürətlə yolun sol tərəfi ilə hərəkət etməsi əks olunub. 

Yol polisi bu zaman qəza işıqlarını yandırıb və əli ilə sürücülərə onu sağ tərəfdən ötüb keçmələrini işarə edib.

"Yol hərəkəti haqqında" qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Qanunun 51-ci maddəsinin II hissəsində isə deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir.

Respublika Baş Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar başlanılıb.