Qurban bayramı haqda min illik YANLIŞ


Digərləri 15 Avq 2019 16:34:00 254 0

Qurban bayramı haqda min illik YANLIŞ

Hər il Qurban bayramı ərəfəsində bu bayramın mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq bayram geridə qalsa da, bu mövzu ətrafında müzakirələr hələ də davam edir. Bəzi dinşünaslar iddia edir ki, İbrahim peyğəmbərin gördüyü yuxu nəticəsində övladını kəsmək cəhdi vəhy deyil, yuxunun yanlış yozulmasıdır. Deyilənə görə, əslində bu, İbrahim peyğəmbərin yaşadığı dövrün bütpərəstliyinə əyilməsi ilə bağlıdır.

Son.az xəbər verir ki, bu iddialarla bağlı Axar.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Qurban verməyin tarixi çox qədimdir.

"Əslində, Qurban etmək insanlığın, bəşəriyyətin başlanğıcına bağlıdır və Hz. Adəmə qədər gedib çıxır. İlk vəhy oradan bütün insanlığa yayılıb. Quranda Habil və Qabil hadisəsi keçir. İki qardaş arasında olan müəyyən çəkişmədən dolayı Hz. Adəm onlara "Allah kimin qurbanını qəbul edərsə, o, haqqa yaxındır" deyir. Beləliklə, o, iki övlad arasındakı mübahisəyə son qoyur", - ilahiyyatçı bildirib.

A.Hacıbəylinin sözlərinə görə, Qurani-Kərimdə peyğəmbərlərin həyatında qurbanın olduğu müşahidə edilir:

"Hər bir peyğəmbərin öz qövmünə xüsusi qurbanları olub, amma hökm olaraq nədən kəsildiyi məsələsində fərqlilik ola bilər. Amma Qurban bir ibadətdir".

İlahiyyatçı İbrahim peyğəmbərin oğlunu qurban etməsinin Allahın vəhyi olduğunu söyləyib:

(adsgarden = window.adsgarden || []).push({});