Güləşçilərimiz Olimpiadaya lisenziya xarakterli dünya çempionatına hazırlaşır


Digərləri 15 Avq 2019 16:30:01 171 0

Güləşçilərimiz Olimpiadaya lisenziya xarakterli dünya çempionatına hazırlaşır

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

Bakı. Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Trend-in məlumatına görə, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu üzdən güləşçi yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirir. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir.