Təyyarə yandı - Aeroport işini dayandırdı


Digərləri 15 Avq 2019 15:30:00 216 0

Təyyarə yandı - Aeroport işini dayandırdı

İrlandiyanın Şennon hava limanında “Omni Air International” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsində yanğın baş verib

Bakı. İrlandiyanın Şennon hava limanında “Omni Air International” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsində yanğın baş verib. Trend-in məlumatına görə, təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib. Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.