“Anam mənə görə üç nəfəri döydürüb”


Şou-biznes 15 Avq 2019 15:29:00 217 0

“Anam mənə görə üç nəfəri döydürüb”

"Anam mənə görə adam döydürüb. Üç nəfər ailəminizin içi kimi idi. Mənə qarşı səhv etmişdilər, anam da paylarını verdi".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun Tarix Əliyevin (Tolik) "Youtube" layihəsinə qonaq olarkən deyib.

Bundan əlavə, ifaçı illər əvvəl prodüser Təranə Səmədovanın da ona qarşı səhv addım atdığını iddia edib:

"Mən hazırda instaqramda varam. Başqa heç bir sosial şəbəkəyə girmirəm. 14 yaşımda "odnoklasniki"də adıma səhifə açılmışdı və anamla nənəmin nömrəsi qoyulmuşdu. Bir qız uşağına qarşı  biabırçı addım atmışdılar. Anam şirkətin Rusiyadakı baş ofisinə getdi. Sistemdə Təranə Səmədovanın şəkli çıxdı".